Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib.-FOTO

“PROACT-Care” - Şamaxıda İlkin Səhiyyənin İnkişafı layihəsinin icrasının birinci fazasının tamamlanması və təkmilləşmiş ilkin səhiyyə modelinin master planının müzakirəsi il bağlı layihə tərəfdaşlarının görüşü keçirilib.

Şəffaflıq.az xəbər verir ki, görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Dr. Ramin Bayramlı, Millət vəkili və Heydər Əliyev Fondunun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Soltan Məmmədov, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Dr. Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Ruslan Abdullayev, ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr. Hande Harmancı və sadalanan qurumların digər əməkdaşları iştirak edib.

Görüş zamanı Şamaxı şəhəri və kəndlərində olan xəstəxanaların mövcud vəziyyəti müzakirə edilib. Regionda səhiyyənin inkişafı məqsədilə rəqəmləşdirmə prosesinə ən tez zamanda start verilməsinin vacibliyi və zəruri tibbi avadanlıqların təchiz edilməsinin zəruriliyi vurğulanıb. Şamaxı regionunun səhiyyə sisteminin inkişafı üçün növbəti addımlarla bağlı ÜST-nin tövsiyələrinin əhəmiyyəti qeyd olunub.
Görüşün sonunda hərəkət planının yaradılması, işçi qrupunun yaradılması və növbəti görüşün keçirilmə məkanı və tarixi barədə razılığa gəldilər.Qeyd edək ki, ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və UHC-Əməkdaşlıq Təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir.

 Layihənin birinci fazası ərzində keçirilən fokus qrup müsahibələri və sosial sorğu vasitəsilə səhiyyə işçilərinin öyrənmə ehtiyacları, ilkin səhiyyə sistemnin ehtiyacları və yerli icmaların səhiyyə ilə bağlı əsas ehtiyacları müəyyənləşdirilib. Həmçinin, Şamaxıda təlim mərkəzi yaradılaraq tibb işçilərinə təlimlər keçilməyə və gərəkli tibbi avadanlıq alınaraq ilkin səhiyyə müəssisələrinə paylanılmağa başlanılıb.

Vahid İsmayılov.
Şamaxı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}