Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı

 Rusiyada azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis əməkdaşının həyat yoldaşının onun ünvanına hədə-qorxuların gəlməsi barədə dedikləri həqiqətə uyğun deyil.
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Novosibirsk vilayəti DİN Baş idarəsindən yayılan məlumatda bildirilib.
"Polis əməkdaşının həyat yoldaşının sorğu-sualı zamanı müəyyən olunub ki, xanım öz vəkilinin tövsiyəsilə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün belə bəyənat verib. Onun və qohumlarının ünvanına heç bir hədə olmayıb", - deyə idarənin məlumatında qeyd olunub.
Həmçinin polis idarəsi jurnalist və bloqerləri məsələ ilə bağlı spekulyasiyalara yol verməməyə və yalnız rəsmi xəbərləri izləməyə çağırıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}