Əsas Səhifə > Gündəm > Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı
Rusiyada azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı4-06-2021, 23:59 |
Rusiyada azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polis əməkdaşının həyat yoldaşının onun ünvanına hədə-qorxuların gəlməsi barədə dedikləri həqiqətə uyğun deyil. Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Novosibirsk vilayəti DİN Baş idarəsindən yayılan məlumatda bildirilib. "Polis əməkdaşının həyat yoldaşının sorğu-sualı zamanı müəyyən olunub ki, xanım öz vəkilinin tövsiyəsilə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün belə bəyənat verib. Onun və qohumlarının ünvanına heç bir hədə olmayıb", - deyə idarənin məlumatında qeyd olunub. Həmçinin polis idarəsi jurnalist və bloqerləri məsələ ilə bağlı spekulyasiyalara yol verməməyə və yalnız rəsmi xəbərləri izləməyə çağırıb. Geri qayıt |