Ərdoğan İstanbul kanalının təməlinin qoyulacağı vaxtı açıqladı
Kanal İstanbul layihəsi haqqında danışan Türkiyə Prezidenti deyib: “İyunun sonunda sözügedən layihənin təməli qoyulacaq. Kanal İstanbulun sağında və solunda iki şəhər inşa edəcəyik. Bu şəhərlərlə İstanbulun gözəlliyi daha da artacaq. Kanal İstanbulun üzərində isə altı körpü inşa ediləcək”.
Qeyd edək ki, hündürlüyü 369 metr olan yeni qüllənin ərazisi 10 min kvadratmetrdir. Dəniz səviyyəsindən 587 metr yüksəklikdə olan bu qurğu Avropanın ən hündür teleradio qülləsidir.
Facebook-da paylaş