“Keçmişi unudun, bazalar olmayacaq” - Pakistandan ABŞ-a ismarış

Pakistan Birləşmiş Ştatlara icazə verməyəcək ki, öz ərazisində hərbi baza qursun və ya pilotsuz uçan aparatları hərəkətə gətiməklə Əfqanıstanda hava əməliyyatları həyata keçirsin.
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi bu barədə İslamabadın Vaşinqtonla NATO gedəndən sonra, Əfqanıstanda anti-terror əməliyyatları keçirmək üzrə yeni saziş imzalamaq üçün danışıqlar aparması barədə yayılan informasiyaların fonunda bəyan edib. Xəbəri mayın 28-də «Amerikanın səsi» yayıb.
Şah Mahmud Qureyşi KİV-in yaydığı belə xəbərləri təkzib edib və onları «əsassız» adlandırıb.
«Baş nazir İmran Xanın dövründə Pakistan torpağında heç bir Amerika bazası olmayacaq. Keçmiş barədə unudun» - xarici işlər naziri cümə axşamı ölkə parlamentinin yuxarı palatasındakı çıxışı zamanı bildirib.
«Pakistan hökuməti qəti bəyan edib ki, biz, plotsuz uçaqların döyüş məqsədləri ilə istifadəsinə imkan verməyəcəyik və ABŞ-ın Əfqanıstanda pilotsuz müşahidə əməliyyatları aparmasında maraqlı deyilik» - Qureyşi əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}