Əsas Səhifə > Dünya > “Keçmişi unudun, bazalar olmayacaq” - Pakistandan ABŞ-a ismarış
“Keçmişi unudun, bazalar olmayacaq” - Pakistandan ABŞ-a ismarış29-05-2021, 08:46 |
![]() Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi bu barədə İslamabadın Vaşinqtonla NATO gedəndən sonra, Əfqanıstanda anti-terror əməliyyatları keçirmək üzrə yeni saziş imzalamaq üçün danışıqlar aparması barədə yayılan informasiyaların fonunda bəyan edib. Xəbəri mayın 28-də «Amerikanın səsi» yayıb. Şah Mahmud Qureyşi KİV-in yaydığı belə xəbərləri təkzib edib və onları «əsassız» adlandırıb. «Baş nazir İmran Xanın dövründə Pakistan torpağında heç bir Amerika bazası olmayacaq. Keçmiş barədə unudun» - xarici işlər naziri cümə axşamı ölkə parlamentinin yuxarı palatasındakı çıxışı zamanı bildirib. «Pakistan hökuməti qəti bəyan edib ki, biz, plotsuz uçaqların döyüş məqsədləri ilə istifadəsinə imkan verməyəcəyik və ABŞ-ın Əfqanıstanda pilotsuz müşahidə əməliyyatları aparmasında maraqlı deyilik» - Qureyşi əlavə edib. Geri qayıt |