Hörmətli ismayıllılar, xanımlar və cənablar, əziz ismayıllısevərlər!Sizi, Azərbaycan xalqının şanlı 28 May – Respublika Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə ən xoş, ən səmimi arzularımı çatdırıram.1918-ci ilin mayın 28-i Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi daxil olub.
Həmin gün “İstiqlal Bəyannaməsi” qəbul edilərək, Azərbaycan Demokratik Respublikası elan edilib.
Ümummilli lider Heydr Əliyevin hakimiyyətə qayıdışı ilə yenidən qurulmuş müasir Azərbaycanda dövlətçilik özünün yüksək zirvəsinə çatıb. Bu gün ölkəmiz Heydər Əliyev ideyalarının siyasi varisi, müasir Azərbaycanın uzaqgörən lideri, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, iqtisadi, hərbi, siyasi, mənəvi gücünü günbəgün artırır, xalqımız xoşbəxt gələcəyə doğru irəliləyir.
30 ildən sonra işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qüdrətli ordumuzun gücü nəticəsində azad edildi. İndi biz bu günlərin sevincini yaşayırıq. Bizə bu sevinci bəxş edən şəhidlərimizə və qazilərimizə minnətdarıq. Müstəqillik tariximizə çevrilmiş bayram günündə hər bir vətəndaşımız doğma vətənimizin əmin-amanlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edirlər. Onlar xalqımızın qəlbində daim yaşayacaqlar.
Əziz səhifə izləyicilərim, 28 May – Respublika Günü münasibəti ilə bir daha hər birinizi təbrik edir, əmin-amanlıq diləyirəm. Torpaqlarımızın bütövlüyünü və xoşbəxt günlərin sevincini birlikdə yaşamaqla möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında daha sıx birləşməyimizi arzulayıram!
Uca Allah müstəqilliyimizi, xalqımızı daim qorunsun!
Facebook-da paylaş