“Dağıstan yüksək turist axınına hazır deyil” - Sergey Melikov

 Dağıstanın başçısı vəzifəsini müvəqqəti icra edən Sergey Melikov bəyan edib ki, respublikanın yüksək turist axınına hazır olmadığı üzə çıxıb. O, bunu mayın 25-də turizmin inkişafı üzrə iclasında deyib.
«Turist axınının artması bizim qarşımızda məsələ qaldırıb - biz, belə artıma nə qədər hazırıq? Məlum oldu ki, biz, heç bir aspektdə buna hazır deyilik» - «Mirmol» nəşri Melikovdan sitat gətirir.
Melikovun sözlərinə görə, sahə sistemli həll və işlərin yenidən formatlaşdırılmasını tələb edir.
«May bayramları turist axınının pik həddini göstərdi. Biz ehtimal edirik ki, turist marşrutlarının yüklənməsi aşağı düşməyəcək» - deyə, bildirib.
Dağısdan Turizm nazirinin vəzifələrini icra edən Emin Merdanovun sözlərinə görə, respublikanın turizm bazarında 11 regional turoperator, 53 turagent işləyir.
Qeyri-leqal turizm xidməti göstərənlərə gəlincə, bunu yoxlamaq və qrşısını almaq üçün idarənin səlahiyyətləri və hüquqi mexanizmləri yoxdur.
Dağıstanın turizm obyektləri böyük hesabla, təhlükəsizlik tələblərinə cavab vermir. Bu sırada Sulak, Qamsutl, Salta və digərlərinin adları var.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}