İtaliyada funikulyor qəzasında 12 nəfər ölüb

 

İtaliyada funiklyor qəzası nəticəsində insan tələfatı qeydə alınıb.

Şəffaflıq.az bildirir ki, bu barədə ANSA məlumat yayıb.

Məlumata əsasən, hadisə ölkənin şimalındakı Pyemont əyalətində baş verib. Hadisə nəticəsində 12 nəfərin həlak olduğu bildirilib.

Qeyd olunub ki, insident Streza yaşayış məntəqəsini Laqo Macore gölünün sahili və Monterone dağı ilə birləşdirən kanat yolunda, 1,5 km hündürlükdə qeydə alınıb.

Məlumata görə, hadisə zamanı vaqonda ikisi azyaşlı olmaqla ümumilikdə 13 nəfər olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}