Belaruslu jurnalistin olduğu təyyarə Minskə endirilib, özü isə həbs edilib
Aleksandr Lukaşenko hökuməti tərəfindən axtarılan belaruslu jurnalist mayın 23-də içində olduğu təyyarənin Minskə təcili enməsindən sonra həbs edilib. Təyyarə, belə görünür, saxta bomba təhlükəsi səbəbilə Minskə eniş edib.
Roman Protaseviç Afinadan Vilnüsa səfər edən Ryanair-a məxsus reys Belarus paytaxtına enəndən qısa müddət sonra polis tərəfindən saxlanılıb.
Belarus mediasının verdiyi məlumata görə, təyyarədə heç bir bomba tapılmayıb. Məsələ ilə bağlı əlavə məlumat paylaşılmayıb. Bomba təhlükəsinin olduğunu dair məlumatı kimin paylaşdığı bəlli deyil.
Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın qərargahından bildirilib ki, Ryanair reysinin ekipaj üzvü təyyarədə bombanın olduğuna dair mesaj alıb. Qərarga həmçinin bildirib ki, sərnişin təyyarəsini təhlükəsiz şəkildə hava limanına müşayiət etmək üçün MiG-29 hərbi təyyarə göndərilib.
Tixanovskayanın ofisi bildirib ki, bomba ilə bağlı mesaj alındığı zaman təyyarə Litva ilə sərhədə yaxın olub. Təyyarə Vlinüsdakı hava limanına daha yaxın olsa da, Minska qayıdıb.
Litvanın Prezidenti Gitanas Nauseda deyib ki, bu, Vilnüsa uçan sərnişin təyyarəsinin Minska enməyə məcbur edilməsi “misli görülməmiş bir hadisədir.”
“Bu mənfur hərəkətin arxasında Belarus rejiminin bayrağı dayanır. Mən Roman Prataseviçin dərhal sərbəst buraxılmasına çağırıram,” Nauseda Twitter-də yazıb.
Protaseviç Telegram-da Belarusda ötən avqust ayında keçirilən mübahisəli seçkilərdən sonra baş verən etirazları işıqlandıran NEXTA Live kanalının əsas administrator idi.
Belarus hüquq-mühafizə orqanları noybar ayında Protaseviç və NEXTA Live digər administrator olan Stsyapan Putsilanın barəsində kütləvi iğtişaş təşkil etmək, sosial nizamı pozmaq və sosial nifrət oyatmaq şübhəsi ilə istintaqın aparıldığını açıqlayıb.
Belarusda noyabr seçkisində geniş miqyaslı saxtakarlıq hallrının olduğuna dair iddialardan və 1994-cü ildən bəri hakimiyyətdə olan Lukaşenkonun böyük səs fərqi ilə qalib gəldiyini elan etməsindən bəri etirazlar keçirilib. O zamandan bəri Lukaşenkonun apardığı təqib kampaniyası nəticəsində 30 000 insan saxlanılıb, yüzlərlə insan döyülüb və işgəncə görüb, jurnalistlər hədəf alınıb.
Oktyabr ayında Minsk məhkəməsi NEXTA Live kanalını və onun loqosunu ekstermist olaraq tanıyıb və İnformasiya Nazirliyinə bu Telegram kanalının adı və loqosundan istifadə edən informasiya mənbələrinə çıxışı, habelə onların Belarus internetində paylaşılmasını qadağan etməyə göstəriş verib.
Bunun ardınca NEXTA Live adı və loqosunu dəyişib.
Protaseviç və Putsila həbs edilməkdən qorxduqları üçün ölkədən qaçıb və onların harada olduqları bililnmirdi.
Putsial oktyabr ayında bir neçə başqa belaruslu fəalla birlikdə Avropa Parlamentinin 2020 Saxarov Düşüncə Azadlığı Mükafatına layiq görülüb.
Şəffaflıq.az
Facebook-da paylaş