Tixanovskaya Putinlə görüşmək istəyir

 

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini açıqlayıb.

Şəffaflıq.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Tixanovskaya Belarus məsələsində Moskvanın mövqeyini eşitmək istəyini bildirib.

“Təbii ki, qonşuyuq və münasibətlərimizi gələcəkdə də davam etdirəcəyik”, - deyən siyasətçi belarusların bunu gözlədiyini qeyd edib.

Tixanovskayanın sözlərinə görə, Belarus xalqı Prezident Aleksandr Lukaşenko rejiminin dəstəyini deyil, belaruslar və gələcəyi birlikdə qurmaqla bağlı açıqlamaları gözləyirlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}