"Avroviziya-2021"də böyük qalmaqal- Qalib barəsində araşdırma aparılacaq


 

Ötən gün başa çatan 65-ci "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi ətrafında maraqlı hallar davam edir.

Xatırladaq ki, "Avroviziya-2021" 18-22 may tarixlərində keçirildi. Müsabiqənin möhtəşəm finalı ötən gecə baş tutdu.

Hollandiyanın Rotterdam şəhərində keçirilən final gecəsi adəti üzrə canlı yayımlandı və böyük həyəcanla bitdi. Lakin belə görünür ki, müsabiqənin ətrafında baş verən qalmaqallar hələ uzun müddət müzakirə mövzusu olaraq qalacaq.

Məlum olduğu kimi İtaliyanı "Zitti E Buoni" mahnısı ilə təmsil edən "Maneskin" rok qrupu müsabiqədə birinci yerə çıxdı. 26 ölkənin iştirak etdiyi müsabiqədə 524 xalla qalib gələn rok qrupunun aparıcı solisti Damiano Davidin canlı yayımda içki şüşələrinə tərəf əyilib onları qoxulaması müzakirələrə səbəb olub.

Hollandiya mediası ifaçının narkotik istifadə etdiyini iddia edib. Qrupun aparıcı müğənnisi isə bu iddiaları rədd edib. "Avroviziya-2021" mahnı müsabiqəsinin münsiflər heyəti ehtimal olunan iddiaları araşdıracaqlarını bildiriblər.

Müsabiqədə yaşanan daha bir qalmaqal, Damiano David müsabiqədə qalib gəldiklərini eşitdiyi anda şalvarını cırıb. Onun şalvarını cırması aydın şəkildə görüntülərə düşüb.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən təxirə salınan "Avroviziya" müsabiqəsi bu il müəyyən çərçivələr daxilində keçirilib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}