Rusiyada dəhşətli faciə baş verdi - Çox sayda ölü və yaralı var

 Rusiyanın Rostov vilayətindəki təmizləmə müəssisəsində faciə baş verib.
Şəffaflıq.az metbuat.az-a istinadən xəbər verir ki, kanalizasiyanın təmizlənməsi zamanı çox sayda işçi metan qazından zəhərlənib. Nəticədə 10 nəfər həyatını itirib. 8 nəfər yaralanıb. Rusiyanın İstintaq komitəsi hadisə ilə bağlı cinayət işi açıb.
Yerli mənbələrin məlumatına görə, işçilər təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə tələfat baş verib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}