İsrail Qəzzadakı Daxili İşlər Nazirliyinə aid "Ənsar" kompleksini vurdu
İsrail Qəzzadakı Daxili İşlər Nazirliyinə aid "Ənsar" kompleksini vurdu, bina tamamilə yıxıldı. Hələlik hücumlarda 31-i uşaq olmaqla 126 nəfər həyatını itirdi.
Şəffaflıq.az xəbər verir ki,İsrailin mühasirədə olan Qəzza zolağına hücumları bayramda davam edir.
Ramazan ayının ikinci günü Qəzzada Daxili İşlər Nazirliyinə aid "Ənsar" kompleksi hava zərbələri ilə tamamilə məhv edildi. Bina İsrail döyüş təyyarələri tərəfindən dəfələrlə hədəf alınıb.
İsrailin Qəzzaya hücumları beş gündür davam edir.
Mühasirənin altındakı ərazi həm havadan, həm də qurudan vurulur. Hələlik hücumlarda 31-i uşaq olmaqla 126 nəfər həyatını itirdi.
Xəbəri paylaş
Facebook-da paylaş