Bu gün Xeops piramidasından daha böyük asteroid Yerin yaxınlığından keçəcək

 

Xeops piramidasının hündürlüyündən böyük “2015 KJ19” adlandırılan asteroid bu gün Yer kürəsinin yaxınlığından keçəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə NASA-nın bölmələrindən birinin internet səhifəsində bildirilib.

Hesablamalara görə, asteroid mayın 14-də Bakı vaxtı ilə 14.04-də Yerə minimum yaxınlığından – təxminən Aya olan 15 qat məsafədən keçəcək.

O qədər də təhlükəli olmadığı deyilən asteroidin diametri 88-200 metr aralığında qiymətləndirilib. Qeyd edək ki, Xeopsın hündürlüyü 147 metrdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}