Yer kürəsinə beş asteroid yaxınlaşır

 

Bu həftə Yer planetinə beş asteroid yaxınlaşır, onlardan ikisi Aydan yaxın olacaqlar. 


Bu barədə Şəffaflıq.az NASA-ya istinadən xəbər verir.

Qeyd edilir ki, üç asteroid dekabrın 16-da (ABŞ vaxtı ilə) Yer kürəsinə yaxınlaşacaq. Onların diametri 10-24 metr təşkil edir.


Asteroidlərdən ən yaxını Yer kürəsindən 343 min kilometr məsafədə keçəcək.

Diametri 6,8 metr və 30 metr olan digər iki asteroid dekabrın 18-də Yer kürəsinə yaxınlaşacaqlar. Onlardan daha kiçiyi planetimizdən 57,1 min kilometr məsafədən keçəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}