Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilib.-FOTO


Məlumat verdiyimiz kimi may ayının 7-si Azərbaycanın Xalq şairi Musa Yaqub doğulduğu İsmayıllı rayonunun Buynuz kəndindəki evində dünyasını dəyişib. Mərhumla vida mərasimi 8 may 2021-ci il  tarixdə keçirilib.
Şəffaflıq.az xəbər verir ki, dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq təşkil olunub. Vida mərasimində  mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Novruzəli Aslanov, Tahir Kərimli və Sabir Rüstəmxanlı, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, rəsmi şəxslər də  iştirak edib.

Azərbaycan poeziyasının inkişafında böyük xidmətlər göstərmiş, xalq şairi, Yazıçılar Birliyinin üzvü, hər kəsin sevimlisi, xalqın böyük rəğbətini qazanmış Musa Yaqub ömrünün 84–cü baharında dünyasını dəyişib. Xalq şairinin dəfni onun vəsiyyətinə uyğun olaraq həyat yoldaşının məzarı yanında həyata keçirilib.

Xatırladaq ki, Musa Yaqub  uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!


Vahid İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}