İsmayıllıda vətəndaş qəbulları davam etdirilir

 

Şəffaflıq.az xəbər verir ki, mövcud pandemiya qaydalarına əməl edilərək vətəndaşların RİH başçısı aparatında icra başçısı tərəfindən növbəti dəfə qəbulu təşkil edilmişdir.

07.05.2021-ci il tarixində keçirilən qəbul zamanı sakinlər rayon rəhbərinə müraciətlərini bildirmişlər.  Qəbul zamanı icra başçısı vətəndaşların mövcud problemlərini dinləmiş, həlli istiqamətində aidiyyəti şəxslərə tapşırıqlar vermişdir. Vətəndaşlara müraciətləri ilə bağlı qanunauyğun izahatlar verilmişdir.


Vətəndaş qəbulu artıq gündəlik olaraq təşkil olunur. Bu qəbularda birinci və ikinci Qarabağ müharibəsi zamanı, eləcə də atəşkəs dövründə əlil, qazi və şəhid olmuş şəxslərin ailə üzvləri də iştirak edirlər. Rayon rəhbəri şəhid ailələrinin, qazilərin və hər iki müharibə iştirakçılarının problemləri ilə mütəmadi olaraq maraqlanır, onların müraciətlərinə xüsusi diqqətlə yanaşır.











 
Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}