Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib
Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib.
Şəffaflıq.az bildirir ki, Məhkəmə Hüquq Şurasından verilən məlumata görə, bu barədə Şuranın videokonfrans formatında keçirilən iclasında bildirilib.
Qeyd edilib ki, Şurada hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.
Xəbəri paylaş
Facebook-da paylaş