NATO 10 min hərbçi ilə təlimlər keçirir

 

NATO 20-dən çox müttəfiq ölkədən təxminəın 10 min hərbçinin iştirakı ilə təşkil edilən “Steadfast Defender 2021” (“Sarsılmaz müdafiəçi 2021”) təlimlərini davam etdirir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Təlimlərin dənizdə keçirilən hissəsində beş min hərbçi, aralarında İngiltırıya məxsus təyyarə gəmisinin də olduğu 20 gəmi və 40 döyüş təyyarəsi var.

Almaniyanın Ulm şəhərindəki qərargahdan 300 hərbçinin qatıldığı təlimin Rumıniyada keçirilən hissəsindəki quru qüvvələrində dprd min hərbçi və təxminən 600 hərbi maşın var.

Müttəfiq qüvvələrinin birlikdə hərəkət qabiliyyətinin təkmilləşdirilməsi və Avropa miqyasında hərbi hərəkətlilik tətbiqlərinin icra olunduğu təlimə 20 NATO ölkəsi ilə yanaşı, Finlandiya və İsveç də qatılıb.

Təlimlər iyunun sonuna qədər davam edəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}