Ağdaşda insident baş verib, xəsarət alan var

 

Ağdaş rayonunda sakinlər arasında insident baş verib.

Şəffaflıq.az bu barədə “Report”a istinadən məlumat verir.

Qeyd olunur ki, hadisə Pirkəkə kəndində qeydə alınıb.

Davaya səbəb kənd bələdiyyəsinə məxsus örüş sahələrində heyvanların otarılması olub. Nəticədə bir neçə şəxs yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"a faktı təsdiqləyib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}