Eldar Həsənovun həbs müddəti uzadılıb

 

Binəqədi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə sabiq səfirin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, təqdimat təmin edilib və Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}