“Uşaq pulu” çoxdan bərpa edilməli idi”

 
İqbal Ağazadə: “Əhalinin sosial baxımdan güvəndə olması üçün buna ehtiyac var”

Milli Məclisin son toplantılarında “uşaq pulları”nın bərpa edilməsi ilə bağlı təkliflər səslənib.
Uşaqlarla bağlı müavinətlərin bərpa edilməsi aztəminatlı, sosial baxımdan ciddi problemlər yaşayan ailələr üçün əlavə stimul ola bilərmi?
Moderator.az-a açıqlama verən sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağzadə buna ciddi ehtiyac olduğunu vurğuladı:
“Təbii ki, bu, ailələrə maddi baxımdan dəstək olar. Əslində, uşaq pullarının bərpa edilməsinə böyük ehtiyac var. Bilirsiniz ki, sosial baxımdan insanlarımızın vəziyyəti o qədər də ürəkaçan deyil. Bu səbəbdən də uşaqlarla bağlı müavinət bərpa olunmalıdır. Bəlli bir yaşa qədər uşaqlaırn hamısına müavinət verilməldiir. Bu, gecikmiş bir məsələdir. Əslində bunu çoxdan həyata keçimrək lazım idi. Biz o zaman dəfələrlə bütün bu məsələləri Milli Məclisdə qaldırmışıq. Əhalinin sosial baxımdan güvəndə olması üçün belə bir addımın atılmasına ehtiyac var”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}