Elm adamları: “Marsdan gətirilən torpaq Yer üzündə bioloji fəlakətə səbəb ola bilər”
“Perseverance” roverini yolladığı Mars torpağı bütün bəşəriyyət üçün potensial təhlükə yaradır.
Şəffaflıq.az “Daily Star”-a istinadən məlumat verir ki, alimlər bununla bağlı xəbərdarlıq ediblər.
Mütəxəssislər hətta buna görə Beynəlxalq ICAMSR (The International Committee Against Mars Sample Return) Komitəsi yaradıblar.
Komitə üzvləri əmindirlər ki, nümunələrin “Qırmızı Planet”dən Yerə çatdırılması zamanı bioloji fəlakət – “Mars taunu” başlaya bilər. Səbəb kimi isə Marsda, məsələn torpaqda mikroorqanizmlərin ola bilmə ehtimalı göstərilir.
Qeyd edək ki, “Perseverance” “Qırmızı Planet”dən torpaq nümunələri toplayacaq, başqa bir rover isə (növbəti missiya ilə işə salınması planlaşdırılır) onları götürəcək. Torpaq kapsulları Yerə göndəriləcək.
Facebook-da paylaş