Bağdadda yanğında 82 nəfər öldü - Ölkədə matəm elan edilib
İraqın paytaxtı Bağdad şəhərində koronaviruslu xəstələrin müalicə olunduğu İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində azı 82 nəfər həyatını itirib, 110 nəfər xəsarət alıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Baghdad Al Youm” xəbər portalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub. Partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb.
İraq Baş naziri Mustafa əl-Kazımi artıq baş verənlərin hərtərəfli araşdırılmasını əmr edib, ölkədə üçgünlük matəm elan edilib.
P.S. Göründüyü kimi 82 nəfərin ölümü ilə bağlı ölkədə matəm elan edilir. Amma dünyada və hətta ayrı-ayrı ölkələrdə yüz minlərlə insanların koronavirus diaqnozu ilə kütləvi şəkildə öldüyü bildirilsə də matəm elan edilmir. Hər şey aydındır.
Facebook-da paylaş