Hindistanda koronavirus kabusu: cəsədlər toplu şəkildə yandırılır

 

Hindistan koronavirus pandemiyası ilə bağlı ən kritik dönəmini yaşayır.

Şəffaflıq.az xarici KİV-lərə istinadən bildirir ki, ölkədə koronavirusdan ölənlərin sayı sürətlə artdığından artıq krematoriyalarda yer qalmayıb. Nəticədə koronavirusdan ölənlərin cəsədləri açıq ərazilərdə kütləvi şəkildə yandırılmağa başlayıb.

Qeyd edək ki, bu günə qədər Hindistanda 16,9 milyondan çox insan koronavirusa yoluxub, 192 mindən çox insan isə virusun qurbanı olub. Təkcə son sutkada 346,786 yeni yoluxma, 2624 ölüm faktı qeydə alınıb. Bu, pandemiya başlayandan indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Beləliklə, mütəxəssislərin də qeyd etdiyi kimi, ölkədə artıq səhiyyə sistemi çökmə nöqtəsinə gəlib çatıb. Paytaxt Dehlidə xəstəxanalar oksigen cihazları, dərman, çarpayı və lazım olan bir çox avadanlıqların çatışmazlığından əziyyət çəkir.

Səhiyyə sistemi tamamilə çökdüyü üçün koronavirus qurbanları dayanacaq kimi istifadə olunan açıq ərazidə yandırılmağa başlayıb.

Pandemiyanın qurbanları arasında azyaşlı uşaqların və gənclərin də az olmadığı bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}