Türkiyənin xüsusi təyinatlı hərbçiləri Şimali İraqda əməliyyatlara başlayıb

 

"Türk Silahlı Qüvvələrinin xüsusi təyinatlı qəhrəman hərbçiləri Şimali İraqdadır".

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Müdafiə Nazirliyinin "Twıtter" səhifəsində paylaşıb.
Qeyd edək ki, "CNN-Türk" telekanalı Türkiyənin İraqdakı PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatına Ankaradan Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi Yaşar Gülərin nəzarət etdiyini bildirib.
TSK İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə qırıcı təyyarə və vertolyotlardan hava zərbələri endirib. Xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatlarına başlayıb.
iki ay yarım öncə isə 10 fevralda TSK İraqın Qara bölgəsində "Pəncə-qartal-2" hərəkatı başladaraq 60-a yaxın terrorçunu zərərsizləşdirib, hərəkat zamanı terrorçuların mağarasında girov saxlanılan və qətlə yetirilən 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanmışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}