Məşhur türk aktyoru Kamal Sunalın adına muzey yaradılacaq.

Məşhur türk aktyoru Kamal Sunalın adına doğulduğu və doqquz yaşına qədər yaşadığı Malatya şəhərinin Gökçə məhəlləsində muzeyi yaradılacaq.
Şəffaflıq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə tərəfindən inşa ediləcək muzey təxminən min kvadrat metrlik ərazidə tikiləcək.
Qeyd edək ki, 3 iyul 2000-ci ildə infarktdan vəfat edən türk kinosunun gülər üzü, mərhum Kamal Sunalın replikası 2017-ci ildə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən sənət küçəsində açılan mədəniyyət evində sənətsevərlərə təqdim edilmişdi. (publika.az)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}