“Kurtlar vadisi”nin aktyoru koronavirusdan vəfat etdi
Türkiyənin tanınmış aktyoru Luran Ahmeti 46 yaşında koronavirusdan vəfat edib.
Şəffaflıq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bir müddət bundan əvvəl koronavirusa yoluxan aktyor xəstəxanaların birində müalicə alırdı.
Həkimlərin bütün səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Şimali Makedoniyadan olan Luran Ahmeti həm kino, həm də teatr aktyoru idi. Tamaşaçılar onu daha çox məşhur “Kurtlar vadisi”, “Əlvida Rumeli”, “Möhtəşəm yüz il Kösəm”, “Limonat” kimi seriallardan tanıyır.
Xəbəri paylaş
Facebook-da paylaş