İsmayıllı Rayon İcra Hakimiyyətində 2 yeni təyinat olub.-FOTO

 İsmayıllı Rayon İcra Hakimiyyətində 2 yeni təyinat olub

Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin böyük məsləhətçisi vəzifəsinə RİH başçısının müvafiq sərəncamı ilə Səlimov Əfqan Firudin oğlu təyin edilmişdir.


 

Əfqan Səlimov 16 iyul 1990-cı ildə İsmayıllı şəhərində anadan olub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fransız dili müəllimliyi ixtisası üzrə təhsil alıb.   2016-2017-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 21 sentyabr 2020-ci il tarixindən səfərbərliklə Vətən müharibəsinə yollanıb və Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Rayon rəhbərinin digər sərəncamına əsasən Kərimov Namiq Hafiz oğlu RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Namiq Kərimov 09 iyul 1986-cı ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Kooperasiya Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə (marketinq), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisaslarını bitirmişdir. Qeyd edək ki, N.Kərimov II dərəcəli dövlət qulluqçusudur və bundan öncə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi adından Əfqan Səlimovu və Namiq Kərimovu yeni vəzifəyə təyin edilmələri münasibəti ilə təbrik edir, faəliyyətlərində uğurlar arzulayırıq.

İsmayıllı Rayon İcra Hakimiyyətində bundan əvvəl də vakant vəzifələrə təyinatlar zamanı gənc kadrlara üstünlük verilmişdir.


Dəyanət İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}