Şamaxı rayonunda daha iki Vətən müharibəsi iştirakçısı dövlət orqanlarında vəzifəyə təyin edilib.

Şamaxı rayonunda daha iki Vətən müharibəsi iştirakçısı dövlət orqanlarında vəzifəyə təyin olunmuşdur.
Şəffaflıq.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə 1996-cı il təvəllüdlü, ali təhsilli əvvəllər RİH başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində işləmiş Vətən müharibəsi iştirakçısı Rəhimov Aqil Ziyəddin oğlu RİH başçısı aparatında yeni yaradılmış “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə böyük məsləhətçi təyin edilmişdir.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının digər əmri ilə 1994-cü il təvəllüdlü, ali təhsilli, Vətən müharibəsi iştirakçısı Rəsulov İlyas Adil oğlu isə RİH başçısının İkinci Cabanı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}