Rusiyanın müdafiə naziri: "Qərb sərhədində vəziyyət gərgindir"
“Ukrayna rəhbərliyi Donbasda sabitliyi pozmağa çalışır”.
Şəffaflıq.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın cənub-qərb strateji istiqamətində hərbi-siyasi vəziyyət mürəkkəb olaraq qalır.
S.Şoyqu deyib ki, ABŞ və NATO paralel olaraq Qara dəniz akvatoriyası və hava məkanında təxribat törətməkdə davam edir.
Xəbəri paylaş
Facebook-da paylaş