Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır
Rusiya 2025-ci ildən Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxacaq.
Şəffaflıq.az məlumat verir ki, bunu Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib.
Onun sözlərinə görə, Rusiya yeni milli orbital stansiya layihəsinə başlayır:
"Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır. Beynəlxalq Kosmik Stansiya ciddi köhnəlib və hökumət xarici tərəfdaşlarla əvvəlcədən bu haqda danışmağı təklif edib”.
Xəbəri paylaş
Facebook-da paylaş