Terrorçuların qızıl və gümüşlə dolu xəzinəsi tapılıb
İraq polisi 2014-2017-ci illərdə İŞİD-in istehkamına çevrilən Mosul şəhərində 1,5 milyon dollardan çox pul və qiymətli metallar olan saxlanc yerini aşkarlayıb.
Şəffaflıq.az bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.
Bildirilir ki, terrorçular pul, qızıl və gümüş külçələri yerli sakinlərdən zorla alıblar.
Şəhərin köhnə məhəlləsindəki bir evdə tapılan saxlanc yerində yüz dollarlıq əskinazlar şəklində 1 590 000 dollar pul (2 703 000 manat), 17,5 milyon İraq dinarı (təqribən 20,3 min dollar), 15 kiloqram gümüş və 17,5 kiloqram gümüş külçə, habelə 500 qram qızıl aşkar edilib.
Xəbəri paylaş
Facebook-da paylaş