Şamaxıda buraxılış imtahanı keçirildi

 

Bu gün (16 aprel) Şamaxı rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

İmtahan Şamaxı şəhər 3,6,10 saylı tam orta məktəblərin binalarında keçirilib və ümumilikdə imtahanda 652 şagird iştirak etmişdir. Rayonumuzda imtahanla əlaqəli bütün hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Bütün məzunlara buraxılış vərəqələri və tibbi bəyannamələr çap edilərək təqdim edilib, nəzarətçi müəllimlərlə seminar keçirilib.

Eyni zamanda təlimata uyğun olaraq sinif otaqları nömrələnərək hazırlanıb, məktəb binaları dezinfeksiya edilib, məsafəni gözləmək üçün həyətdə xətlər çəkilib, sanitar qovşaqlarda suyun axarlılığı təmin edilərək, ümumiyyətlə sanitar-gigiyenik normaları tələb edən  bütün tapşırıqlar icra olunub. Məzunlarımıza imtahanlarda uğurlar arzulayırıq.


Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}