2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub
Şəffaflıq.az məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, Agentlik əməkdaşlarının həmin evlərə səfər etməsi, müvafiq sənədləri yerində toplaması və imtiyazlı şəxslərin elə öz evlərində vəsiqələrlə təmin olunması qərara alınıb: “Bu günə qədər 2342 şəhid ailəsinin 4294 üzvü vəsiqələrlə təmin olunub. Bu proses davam edir. Əməkdaşlarımız səyyar xidmət göstərir ki, onlar əziyyət çəkməsinlər”.
Şəffaflıq.az
Facebook-da paylaş