Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqetmə 51 %-dən çox artıb

 Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 9 811 milyon kubmetr qaz nəql edilib.
Şəffaflıq.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-mart aylarına nisbətən 12,8 % artım müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 46,3 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 4 539,8 mln kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 51,4 % çoxdur.
Cənubi Qafqaz boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.




Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}