Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir.
Şəffaflıq.az Unikal.org-a istinadən xəbər verir ki, Ağdam rayon İcra Hakimiyyətindən verilən məlumata görə, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib.
Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.
Xəbəri paylaş
Facebook-da paylaş