Ucarda avtomobil qadını vuraraq öldürüb
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 12-də saat 20 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində Bakı şəhər sakini M.Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Yevlax şəhər sakini G.Abbasovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş