Yaponların əksəriyyəti Olimpiya Oyunlarının keçirilməsini istəmir

 

Yaponların üçdə iki hissəsindən çoxu Olimpiya Oyunlarının ləğv olunması və ya təxirə salınması fikrini dəstəkləyib.

Şəffaflıq.az bildirir ki, bu barədə “Kyodo” məlumat yayıb.

Keçirilən sorğuda iştirakçıların 39,2 faizi oyunların ləğvi, 32,8 faizi isə növbəti dəfə təxirə salınması fikrinə səs verib. Oyunların təyin olunmuş vaxtda keçirilməsini cəmi 24,5 faiz respondent istəyib.

Xatırladaq ki, Tokio Olimpiya Oyunları 24 iyul - 9 avqust tarixlərində keçirilməli idi. Lakin pandemiya səbəbi ilə yarışlar 23 iyul - 8 avqust 2021 tarixlərinə qədər təxirə salınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}