İranın Atom Elektrik Stansiyasında qəza olub
Iranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş veirb.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın AES-in elektrik şəbəkəsində baş verdiyini bildirib.
Behruz Kəmalvəndi deyib ki, qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.
O qeyd edib ki, hazırda qəzanın səbəbləri araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş