Feysbuk istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı
Facebook sosial şəbəkəsi bildirib ki, bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb onun sisteminə haker hücumu yox, cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçidi alması olub.
Şəffaflıq.az xəbər verir ki, bu barədə facebook-un rəsmi saytında dərc edilmiş xəbərdə deyilir.
"Anlamaq əhəmiyyətlidir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə etdilər", - açıqlamada deyilir. Qeyd edilir ki, sistemin məlumatların itkisinə səbəb olan çatışmazlıq aradan qaldırılıb.
Daha əvvəl bildirilirdi ki, facebook-un 533 milyon nəfərdən çox istifadəçisinin şəxsi məlumatları haker forumuna yerləşdirilib.
Forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə, 106 ölkədən olan istifadəçilərin tam adları, yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb.
Facebook-da paylaş