Lənkəranda xınayaxdı mərasimi keçirənlər saxlanıldı
Bu barədə Şəffaflıq.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Lənkəran rayonunun Xarxatan kənd sakini M.Dadaşovun karantin rejiminin qaydalarını pozaraq qızına xınayaxdı məclisi təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydaları izah olunub, 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.
Şəffaflıq.az
Facebook-da paylaş