Nobel mükafatlı ixtiraçı vəfat etdi

 

Dünyanın ilk səmərəli mavi işıq saçan diodunu (LED) icad etdiyinə görə 2014-cü il Fizika üzrə Nobel mükafatını qazanan yapon fizik Akasaki İsamu 92 yaşında vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Meijo" Universiteti məlumat yayıb. Akasakinin ağciyər iltihabı səbəbiylə müalicə aldığı Nagoya şəhərində öldüyü bildirilib. Kaqoşimada anadan olan Akasaki, 1952-ci ildə Kyoto Universitetini bitirib və bu gün "Panasonic" olaraq bilinən o vaxtkı "Matsushita Electric" firmasında işləyib.

1981-ci ildə Naqoya Universitetindən professor adına layiq görülən fizik Nobel mükafatını həmkarları Yapon Amano Hiroşi və Yapon əsilli Amerikalı Nakamura Şuci ilə bölüşüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}