İsmayıllı rayonunda gündəlik reydlər və monitorinqlər davam edir


 

İsmayıllı rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri, yaş həddinə uyğun icazəsi olan sakinlərin vaksinasiyaya cəlb olunması, H5N8 və H5N5 serotipli quş qripinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bu gün təşkil olunan reydlərdə İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və digər oyektlərdə, sakinlərin sıx toplaşdığı yerlərdə, eləcə də bazar ətrafında əhaliyə karantin qaydaları və 40 yaşdan yuxarı insanlara vaksinasiyaya cəlb olunma qaydaları izah olunub, maarifləndirmə işləri aparılıb və eyni zamanda diri quşların pərakəndə satışı qadağan edilib. Reyd və monitorinq rayonda yaradılmış mobil qruplar, Qida Təhlükəsizliyi Agentliyinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Bundan əlavə, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də qeyd olunan tədbirlər mütəmadi olaraq həyata keçirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiya yaş həddi və müvafiq kateqoriyalar əsasında mərhələli şəkildə həyata keçirilir.

Bir daha vətəndaşlarımıza bildirmək istəyirik ki, 1 ildən artıqdır ki, həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.










 

Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}