Qapısı bağlı qalan teatrlar...

 

Koronavirus pandemiyası ölkənin bütün mədəniyyət ocaqlarında olduğu kimi Gəncənin də incəsənət sahəsinə, xüsusi ilə teatr sektoruna öz ciddi təsirini göstərməkdədir.

Şəffaflıq.az Baku TV-yə istinadən xəbər verir ki, artıq bir ildən çoxdur ki, istər Gəncə Dövlət Dram Teatrı, istərsə də Kukla Teatrında tamaşalar oynanılmır. Yeni əsərlər səhnələşdirilmir. Düzdür müəyyən vaxtlarda onlayn-tamaşalar göstərilsə də, bu təcrübə göstərdi ki, tamaşaçı nəfəsi başqadır. Qısası aktyor səhnə, tamaşaçı üçün darıxıb.

Pandemiya teatrların maliyyə xərclərinə də təsirsiz ötüşməyib. Belə ki, pandemiya dövründən öncə Gəncənin teatrlarında il ərzində 300-dək tamaşa oynanılırdı. Bu tamaşaları isə orta hesabla 70 mindən artıq tamaşaçı izləyirdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}