Koronavirusa yoluxan Aytən Səfərovadan şikayət: “Dərmanı da gətirmirlər”
“İki gündür bilinir ki, COVİD-19-a yoluxmuşam. Mənimlə müvvafiq bir tibb ocağı maraqlanmır. Bircə TƏBİB-dən zəng etdilər. Onlar da ancaq ağırlaşma olanda, xəstəxanaya yerləşdirmək təklifi etdilər. COVID-19 xəstələri üçün lazım olan dərman paketini belə mənə gətirib verən olmadı”.
Şəffaflıq.az "Bizimyol.info"-ya istinadən bildirir ki, bu sözləri koronovirus infeksiyasına yoluxan aparıcı Aytən Səfərova öz açıqlamasında deyib. O bildirib ki, müalicə üçün lazım olan dərmanları özü alıb:
“Sosial şəbəkədə paylaşdığım dərmanları həyat yoldaşımın tanışı olan başqa bir həkimdən özümüz almışıq. İndiyə qədər bir nəfər belə əlaqə saxlamayıb ki, özünüzü necə hiss edirsiz, nəsə lazımdır? Bəlkə, pisəm, xəstəxanaya yerləşdirilməliyəm? Hələ mən tanınmış adamam, jurnalistəm...
Mənə belə laqeyid yanaşılırsa, görün adi insan necədir. Bəlkə bir ailədə hamı yoluxub, dərmanı gedib ala bilmirlər? Belə məsuliyyətsizlik olar?
Vaxtında dərmanları çatdırılmayan nə qədər insan ağırlaşır. Səhiyyə Nazirliyinin nəzdində olan tibb ocaqlarının heç birinin koronovirus xəstəsi vecinə deyil”.
Facebook-da paylaş