ABŞ-da marketə silahlı hücum - azı 10 nəfər öldü
ABŞ-ın Kolorado ştatında marketə silahlı hücum olub.
Şəffaflıq.az xəbər verir ki, hücum nəticəsində azı 10 nəfər ölüb.
Polis hadisə yerində araşdırma apararaq, hücum edib yaralanan şəxsi saxlayıb.
Hələlik silahlı hücumu həyata keçirən şəxsin kimliyi açıqlanmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş