Silahlı şəxslər kəndlərə hücum etdi: 100 nəfər qətlə yetirilib
Nigeriyada silahlı şəxslərin iki kəndə hücumu zamanı 100 nəfər qətlə yetirilib.
Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bununla bağlı Tondikivind kommunasının rəhbəri Almu Hassan məlumat verib.
Onun sözlərinə görə, hadisə Mali ilə sərhəddə yerləşən kənddə baş verib.
Hassan bildirib ki, Çoma Banqu kəndində 70, Zarumadareye kəndində isə 30 nəfər qətlə yetirilib, 75 nəfər isə xəsarət alıb.
Xəbəri paylaş
Facebook-da paylaş