ABŞ miqrantların otellərdə yerləşdirilməsinə 86 milyon dollar ayırır
ABŞ Prezidenti Co Bayden administrasiyası 1200 miqrant ailəsinin otellərdə yerləşdirilməsi üçün 86 milyon dollar vəsait ayırıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə “Axios” portalına məlumatlı mənbələr bildirib.
Vəsait ABŞ-Meksika sərhədini keçən miqrantlar üçün nəzərdə tutulub. Proqramı reallaşdırmaq “Endeavors” qeyri-kommersiya təşkilatına tapşırılıb. Məlumata görə, otellər Arizona və Texas ştatlarındakı sərhəd bölgələrində yerləşir.
Nəşr vurğulayır ki, xidmət artan miqrant sayının öhdəsindən gələ bilməyəcək. Çünki ənənəvi icazə mərkəzlərindən fərqli olaraq otellər təhlükəsizlik qaydalarına daha az riayət edir.
Bu, ABŞ hökumətinin miqrantları yerləşdirmək üçün otellərdən istifadə etməsi ilə bağlı ilk hal deyil. 2020-ci ildə orada böyüklər olmadan sərhədi keçən yeniyetmələr qalmışdı.
Facebook-da paylaş